AZƏRBAYCAN

  • Paytaxtı: Bakı
  • Əhalisi: 9,624,900
  • Ərazisi: 86,600 kvadrat km
  • Həmsərhəd olduğu ölkələr: Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə
  • Avropa İttifaqı ilə 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzalamışdır
  • Avropa İttifaqı və Azərbaycan 2010-cu ildə Assosiasiya Sazişinə dair danışıqlara başlamış, lakin bu günə qədər bu saziş imzalanmamışdır.  Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmadığından Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin imzalanmasına doğu irəliləyiş ləngiyir.
  • Avropa İttifaqı və Azərbaycan arasında 2009-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşa olunması üçün Anlaşma Memorandumunun imzalanmasının əsasını qoydu.  Yekun İnvestisiya Qərarı (dekabr 2013-cü il) və 2014-cü ilin sentyabrında Cənub Qaz Dəhlizinin bünövrəsinin qoyulması mərasimi qarşılıqlı münasibətlərdə, xüsusilə, Cənub Qaz Dəhlizinin reallaşmasında əhəmiyyətli mərhələlərdir;
  • Azərbaycan viza rejiminin liberallaşdırılmasına malik deyil, lakin 2014-cü ilin sentyabrında Aİ və Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişləri imzalanmışdır;
  • Azərbaycan 5 dekabr 2013-cü il tarixində Vilnüs Şərq Tərəfdaşlığı Sammitində Aİ və ona üzv olan səkkiz dövlətlə (Bolqarıstan, Çexiya Respublikası, Fransa, Litva, Niderland Krallığı, Polşa, Sloveniya və Slovakiya) Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə birgə bəyannaməni imzaladı. Tərəfdaşlığın prioritet sahələrinə aşağıda sadalananlar daxildir: miqrasiyanın idarəedilməsi, yerdəyişmə, qanuni miqrasiya və inteqrasiya, qanunsuz miqrasiya və insan alveri ilə mübarizə, readmissiya, şəxsiyyəti təsdiq edən və səyahət sənədlərinin təhlükəsizliyi, sərhəd idarəçiliyi, miqrasiya və inkişaf, sığınacaq və beynəlxalq müdafiə;
  • Azərbaycan inteqrasiya edilmiş sərhəd idarəçiliyi strategiyasına malik deyil, lakin Şərq Tərəfdaşlığı üzrə İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə dair Qabaqcıl Təşəbbüs çərçivəsində Azərbaycan Aİ ilə inteqrasiya edilmiş sərhəd idarəçiliyinə dair bir sıra layihələrdə iştirak edir, məsələn, Şərq Tərəfdaşlığı – İnteqrasiya Edilmiş Sərhəd İdarəçiliyi üzrə Potensialların Artırılması Layihəsi.