Avropa İttifaqının İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi konsepsiyasının mahiyyəti

Avropa İttifaqının Ədliyyə və Daxili İşlər məsələləri üzrə Şurası 2006-cı il dekabrın 4-5-də keçirdiyi iclasında İnteqrasiya edilmiş Sərhəd İdarəçilyinin aşağıda verilən elementlərdən ibarət bir konsepsiya olması qənaətinə gəlmişdir:

  1. Şengen Sərhəd Məcəlləsində müəyyən edildiyi kimi sərhəd nəzarəti (yoxlama və müşahidə prosedurları), o cümlədən, müvafiq risklərin təhlili və cinayətlərə dair əməliyyat məlumatlarının toplanması 

  2. Transsərhəd cinayətlərinin bütün səlahiyyətli hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş şəkildə aşkar və təhqiq edilməsi 

  3. Avropa İttifaqına üzv olan dövlətlərin və təsisatların, həmçinin Birliyin və İttifaqın digər orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və ahəngləşdirilməsi 

  4. Sərhəd idarəçiliyi sahəsində qurumlararası (sərhəd, gömrük, polis, milli təhlükəsizlik və və digər aidəyyəti orqanlar arasında) və beynəlxalq əməkdaşlıq 

  5.  Dördmərhələli nəzarət modeli * 


Ümumilikdə götüründə yuxarıdakı 1 və 2-ci bəndlərdə hansı işlərin, 3 və 4-cü bəndlərdə bu işlərin necə, 5-ci bənddə isə harada həyata keçiriləcəyi göstərilir.

* Dördmərhələli nəzarət modeli konkret olaraq bunları nəzərdə tutur:

  1. Üçüncü ölkələrdə həyata keçirilən tədbirlər (məsləhət vermə və təlimlər)
  2. Qonşu ölkələrlə əməkdaşlıq (sazişlər)
  3. (Xarici sərhədlərdə) sərhəd nəzarəti
  4. Azad hərəkət (Şengen) zonası daxilində nəzarət tədbirləri