Layihə üzrə fəaliyyət

Şərq Tərəfdaşlığı ölkələri üçün İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə potensialların yaradılması layihəsi Şərq Tərəfdaşlığına üzv olan altı ölkənin  dövlət sərhədlərində İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinin tətbiq edilməsi üçün sərhəd orqanlarının ehtiyaclarına uyğun təlim proqramları vasitəsi ilə bacarıqlarının artırılması məqsədi daşıyır.

2014-cü ilin iyul ayından etibarən 36 ay ərzində həyata keçiriləcək və büdcəsi 4,5 milyon Avro təşkil edən layihə üzrə fəaliyyət növlərini üç geniş kateqoriyaya bölmək olar:

İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə təlim potensiallarının təkmilləşdirilməsi

  • Layihədən faydalanan tərəflərin iş metodlarını təkmilləşdirmək məqsədi ilə müvafiq tematik sahələr üzrə potensialların yaradılması
  • İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə milli təlim strategiyalarının müəyyənləşirilməsi işinin dəstəklənməsi
  • Təlim proqramının işlənib hazırlanması işinin və təlim mərkəzlərinin fəaliyyətinin dəstəklənməsi
  • Müvafiq tövsiyələrin və dəstəyin verilməsi üçün Avropa İttifaqı təlimatlarının (məsələn, Avropa İttifaqının gömrük xidmətləri üçün istiqamətləndirmənin) və “Frontex” Agentliyinin Ümumiləşdirilmiş Əsas Təlim Proqramının əsas kimi istifadə edilməsi

Xüsusi təlimlər keçirməklə İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə potensialların artırılması

  • İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə və sərhəd nəzarətinə aid bir sıra mövzuları əhatə etmək məqsədi ilə layihədən faydalanan tərəflərin müraciətləri və ehtiyacları əsasında müxtəlif sahələr, məsələn, saxta sənədlərin aşkar edilməsi, insan alverinə qarşı mübarizənin aparılması və ingilis dilinin öyrənilməsi üzrə xüsusi təlimlərin keçirilməsi
  • İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə aid əsas təlim proqramına və vəsaitlərinə, həmçinin 1-ci kateqoriyaya aid fəaliyyət çərçivəsində işlənib hazırlanmış təlimatlara uyğun olaraq digər təlimlərin keçirilməsi
  • Şərq Tərəfdaşlığının bütün tərəf-müqabilləri üçün risklərin təhlili üzrə şəbəkə yaratmaq, bu şəbəkəni gücləndirmək və genişləndirmək imkanlarını da nəzərə almaqla risklərin təhlili üzrə ehtiyaclara uyğun təlimin keçirilməsi

Yaxşı idarəçiliklə və əsas insan hüquqlarına hörmət etməklə əlaqədar üfüqi təşəbbüslərin irəli sürülməsi

  • Şəffaflıq, yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə barədə biliklərin artırılması ilə əlaqədar tədbirlərin və təlimlərin həyata keçirilməsi
  • Dövlət sərhədlərindən keçən insanların hüquqlarına hörmətlə yanaşma işinin təkmilləşdirilməsinə müvafiq dəstəyin verilməsi
  • Əlaqələrin və ictimaiyyətlə əlaqələr saxlamaq bacarıqlarının inkişaf etdirilməsi işinin dəstəklənməsi