İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinin tarixçəsi

İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi (İSİ) Avropa İttifaqı tərəfindən qəbul edilmiş müasir format olmaqla yanaşı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin dəstəklənməsi üçün tövsiyə olunan bir modeldir.

  • İlk dəfə İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi modelinin qaçılmaz zəruriliyi, 11 sentyabr terror aktlarından sonra ABŞ sərhəd-mühafizə orqanlarının bir yerə toplaşaraq Gömrük və Sərhəd-Mühafizəsi Bürosunun yaradılması ilə gündəmə gəlmişdir;
  • Avropaya gəldikdə isə, Avropa İttifaqı Şurasının 2001-ci ildə Laekendə keçirilmiş iclasında üzv dövlətlərin hökumət rəhbərləri “Avropa İttifaqının xarici sərhədləri üzərində nəzarətin daha yaxşı idarə olunmasının terrorçuluğa, qeyri-qanuni miqrasiya şəbəkələrinə və insan alverinə qarşı mübarizəyə kömək edəcəyi” qənaətinə gəlmişdilər;
  • Bundan sonra, Avropa İttifaqı ayrılıqda fəaliyyət göstərməkdə davam edən sərhəd-mühafizə orqanları tərəfindən sərhəd idarəçiliyi sahəsində “birgə” yanaşmanın qəbul olunmasını nəzərdə tutan ABŞ modelindən nisbətən az müfəssəl İSİ yanaşmasının özünəməxsus konsepsiyasını işləyib hazırlamağa başlamışdır. Ümumdünya Gömrük Təşkilatı bunu Əlaqələndirilmiş Sərhəd İdarəçiliyi yanaşması adlandırmışdır;
  • Avropa İttifaqı İSİ yanaşmasını 2002-2006-cı illərdə Qərbi Balkan regionuna dəstək tədbirləri çərçivəsində ilk dəfə tətbiq etmişdir;
  • 2004-cü ildə Avropa İttifaqı “üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması” məsələləri ilə məşğul olan “Frontex” Agentliyini yaratmışdır;
  • həmrəylikdən ibarət olması qənaətinə gəlmişdir. Eyni zamanda, bu Şura İSİ-nin vacib aspektlərini də müəyyən etmişdir.
  • 2004-cü ildə Qərbi Balkan təşəbbüsü çərçivəsində köməkliyin göstərilməsi üçün işlənib hazırlanmış və İSİ-nin yerinə yetirilməsinə dair təlimatlar 2007-ci ildə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən təkmilləşdirilmişdir;
  • 2010-cu ildən etibarən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində müxtəlif İSİ proqramlarının dəstəklənməsi üçün İSİ-yə dair Qabaqcıl Təşəbbüs çərçivəsində 30 milyon Avrodan çox vəsait xərcləmişdir;
  • İSİ-yə dair Qabaqcıl Təşəbbüs Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın altı prioritet sahələrindən biridir. Digər beş sahə bu kimi məsələləri əhatə edir: kiçik və orta sahibkarlıq; regional qaz və elektrik enerjisi bazarları, enerjidən səmərəli istifadə və bərpa olunan enerji mənbələri; bələdiyyələrin davamlı inkişafı; ətraf mühitin səmərəli idarə olunması və iqlim dəyişikliyinin qarşısının alınması; təbii və texnogen fəlakətlərin qarşısının alınması, buna hazırlıq və cavab tədbirləri;
  • İSİ-yə dair Qabaqcıl Təşəbbüs iki növ fəaliyyətdən ibarətdir: yerli səviyyədə infrastrukturun dəstəklənməsinə yönəldilmiş pilot layihələrin həyata keçirilməsi və potensialların yaradılmasını nəzərdə tutan tədbirlərin yerinə yetirilməsi;
  • İSİ-yə dair Qabaqcıl Təşəbbüsün potensialların yaradılmasından ibarət komponenti 2013-cü ilədək ŞT-İSİ FİT Lyihəsi adlandırılırdı. Hal-hazırda bu komponent ŞT-İSİ Potensiallarının Yaradılması Layihəsi adlandırılır.